Bir xəbər ver, külək!..

Musiqisi / Music : Tamilla Məmmədzadə (1924-1981)
Sözləri / Lyrics : Ələkbər Ziyatay (1913-1982)

Ayrıca bax / See also :  Azərbaycan melodiyalari – B hərfi

***
Gəldi köçəri quşlar,
Gəlmədi sevgili yar,
Onsuz nə rahat gecəm,
Nə rahat gündüzüm var.

Nəqərat:
Bəs hanı o şux mələk?
Bir xəbər ver, ey külək!..
Dayanmır onsuz ürək,
Bir xəbər ver, ey külək!..
Döyülür hərdən qapı,
Sanıram yardır gələn,
Görürəm, otaqdakı
bir küləkdir, bir də mən…

Görürəm, səhər yeli
Dolaşır bağça-bağı.
Sataşır gözlərimə
Yaz bağı, yaz zanbağı.

***