Sən mənimlə get

Musiqisi / Music : Tamilla Məmmədzadə (1924-1981)
Sözləri / Lyrics : Hüseyn Arif

Ayrıca bax / See also :  Azərbaycan melodiyalari – S hərfi

***
Ətirli bağçaya, şehli çəmənə,
Çiçəkli bulağa sən mənimlə get.
Arabir dənizin dalıb seyrinə,
Yaxına, uzağa sən mənimlə get.

Gərək obaları gəzək, elləri,
Hər uzaq səfərə sən mənimlə get.
Dolaşaq düzləri, geniş çölləri,
Səfalı yerlərə sən mənimlə get.

Haranı bəyənib seçəsi olsam,
Oraya, ey sənəm, sən mənimlə get.
Bir gün bu dünyadan köçəsi olsam,
Tək onda demərəm, sən mənimlə get.

***