Xəzərlə görüş

Musiqisi / Music : Tamilla Məmmədzadə (1924-1981)
Sözləri / Lyrics : Səyavuş Sərxanlı

Ayrıca bax / See also :  Azərbaycan melodiyalari – X hərfi

***
Bu axşam göy Xəzərdə
Görüşə çıxmışıq biz,
Dalğalar sahildədir,
Duyğularsa sahilsiz…

Nəqərat:
Körpə uşaqlar kimi
Çığrışır qağayılar.
Dəniz durub önündə,
Ürəyimdə dəniz var,
(Uyuyur anam Xəzər).

Duyğuların selində
Arzum yelkənə bənzər,
Baş qoyub dizlərimə
Uyuyur mavi Xəzər.

***