Üç qardaş

Musiqi / Music : Telman Hacıyev (1930-1991)
Sözləri / Lyrics : Fikrət Qoca (1935)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – Ü hərfi

***
Torpağı gül-çiçəkli,
Süfrəsi duz-çörəkli,
Təmiz, geniş ürəkli,
Qara göz, qara daşlı
Üç mehriban qardaşdı,
Bakı, Tiflis, Dağıstan.

Ağır günlər də gördü,
Çiyin-çiyinə verdi.
Onlar bölüşdü dərdi,
Olmadı gözü yaşlı,
Üç qəzəbli qardaşdı:
Bakı, Tiflis, Dağıstan.

Hər sözü, hər soyu bur,
Torpağı bir suyu bir.
Bayramı bir, toyu bir,
Neçə dostlu, yoldaşlı,
Üç mehriban qardaşdı,
Bakı, Tiflis, Dağıstan.