Arazım (T. Hacıyev)

Musiqi / Music : Telman Hacıyev (1930-1991)
Sözləri / Lyrics : Fikrət Qoca (1935)

Ayrıca bax / See also :

  1. Ramiz Mirişlinin “Arazım” mahnısı
  2. Firəngiz Babayevanın “Canım Araz” mahnısı
  3. Mehriban Əhmədovanın “Araz üstə şəhərim” mahnısı
  4. Azərbaycan melodiyalari – A hərfi

***
Axma qəlbimdən mənim,
Axma, a həsrət Arazım,
Könlümün arzusuna
Olma sən sərhəd, Arazım.
Biz gələydik iki qardaş
Bu çayın sahilinə,
Yuyulaydı ürəyimdən
Acı, möhnət Arazım.

Arazım, ay Arazım,
Xan Arazım.
Nə danışım, nə yazım,
Gözümdə yanır arzum,
Dilimdə sözün,
Canım, gözüm.
Nəğməni qoş nəğməmə,
Qoy yeni bir, gün açılsın.
Qoş nəğməni xoş nəğməmə,
Gül açılsın.
Nəğməmiz bir körpü olsun.
Əl atdım su götürüm, əl qanadı,
Söz qanadım qırıldı.
Arazım, dərdli sazım,
Nə oxuyum, nədən yazım.