Ay dostlarım, gəlin!..

Musiqisi / Music : Telman Hacıyev (1930-1991)
Sözləri / Lyrics : Rəfiq Zəka (1939-1999)

Ayrıca bax / See also: Azərbaycan melodiyaları – A hərfi

***
Ay dostlarım, gəlin,
Deyək, gülək, oynayaq!
Gəlin, dostlarım, gəlin,
Həyat kimi qaynayaq!

Nəqərat:
Biz odlardan doğulduq, odlarıq,
Dost yolunda tufanlar adlarıq.
Biz işıqla bəzəmişik evləri, obaları, çölləri.

Bu dünyanı gərək,
Eşqimizlə bəzəyək.
Biz başımız üstə
Al Günəşə bənzəyək.

Gəl, gözləri göyçək,
Könlü incə, gözəlim!
Bir yarışdır həyat,
Gedək öncə, gözəlim!

***
“Sevil” vokal-intrumental ansamblının (VİA) ifasında

Oqtay Ağayevin ifasında (1974)