Dağlar qızı (T. Hacıyev)

Musiqisi / Music : Telman Hacıyev (1930-1991)
Sözləri / Lyrics : Baba Vəziroğlu (1954)

Ayrıca bax / See also :

***
Bu dağların çiçəyi açar yenə,
Bu bağların dumanı qaçar yenə.
Az qalıb, gələr, gözlə bu yazı,
Gözlə, dağlar qızı.

Nəqərat:
Bu bahar dil açar könül sazı,
İlk eşqim oxunar, dağlar qızı.
Az qalıb, gələr, gözlə bu yazı,
Gözlə, dağlar qızı.

Qış baharı gətirər, gülüm mənim,
İlk eşqimi gətirər, gülüm mənim.
Aylar, il ötüb, gözlə bu yazı,
Gözlə, dağlar qızı.

Gəl, dünyanın xəzanı, yaxın olaq,
Gəl, baharın ömrütək uzun olaq,
Az qalıb, gələr, gözlə bu yazı,
Gözlə, dağlar qızı.

***
Gülyaz Məmmədovanın ifasında (43:29-48:07 dəqiqələrdə)