Gül, gözəlim! / Ay, dərdim, dərmanım!..

Musiqisi / Music : Telman Hacıyev (1930-1991)
Sözləri / Lyrics : Rəfiq Zəka (1939-1999)

Ayrıca bax / See also:

  1. Azərbaycan melodiyaları – A hərfi
  2. Azərbaycan melodiyaları – G hərfi

***
Ay dərdim-dərmanım,
Gül, getsin dumanım,
Baxışın şəfəqə bənzəsin!
Yer açıq, göy açıq,
Aləmə seyrə çıx,
Gəlişin cahanı bəzəsin!

Nəqərat:
Gülüşün gülşənə saçılsın,
Önündə qönçələr açılsın!
Sən gül – ilhama gəlim, gül!
Tez gül, gözəlim, gül!

Qəlb sənin, can sənin,
Ey gözəl nazənin!
Eşqim də sən qədər gözəl!
Düşmüşəm eşqə mən,
Sən də bir başqa mən,
Ürəyim səsini əks edər.

Gəl, könül evindir,
Gül, məni sevindir,
Bəxtimin ulduzu sönməsin!
Gətirsin saçların
Ətrini baharın,
Ümidim xəzələ dönməsin.

***
Flora Kərimovanın ifasında

 

Brilliant Dadaşovanın ifasında