Oynadı qızlar

Musiqi / Music : Telman Hacıyev (1930-1991)
Sözləri / Lyrics : Sabir Cümşüd

Ayrıca bax / See also :  

  1. Nəriman Məmmədovun “Qızlar oynasın” mahnısı
  2. Azərbaycan melodiyalari – O hərfi

***
Əlində nəlbəki oynadı qızlar,
Qəlbimdə bulaq tək qaynadı qızlar.
Bir gözəl çevrildi üzük qaşına,
Oğlanlar yığıldı bulaq başına.

Nəqərat:
Qatarlanıb süzdü qırx incəbelli,
Qəlbimi yandırdı bir qaratelli,
Bir ürəyimi duya, nə olar!?..
İstərəm, onunla gəzə qol qola…
Bir gözəl çevrildi üzük qaşına,
Oğlanlar yığıldı bulaq başına.

Bu qızlar çəməndə elə süzülər,
Onlar ürəyimi elə üzər,
Heyif ki, birini üzə bilmirəm,
Dayana bilmirəm, dözə bilmirəm.

***
Əli Mirəliyevin ifasında