Vətən süitası

Musiqi / Music : Telman Hacıyev (1930-1991)
Sözləri / Lyrics : Fikrət Qoca (1935)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – V hərfi

***
Könlümü verdim bahara,
Ömrümü səpdim mən yollara.
Qollarım heç vaxt yorulmaz,
Vüqarım heç zaman qırılmaz,
Zəhmətim yerə vurulmaz.
Fəhləyəm, öz adım-şanım var,
Adi insanam, hey-hey.

Ellərimiz çıl-çıraqlı,
Əllərimiz al bayraqlı
İgidlərik, igidlərik,
Hey-hey.

Tükənməyən diləklərik,
Bükülməyən biləklərik,
İgidlərik, igidlərik,
Hey-hey.

Çalış, vuruş şərəflə,
Qayıt evə şərəflə.
Özün başdan-ayağa
Yurdumuza şərəfsən.

Biz bahara vurulmuşuq,
Ey ana vətən, günəşik biz.
Şəfəqlərdən doğulmuşuq,
Ey ana vətən, gəlmişik biz.

Əlvan-əlvan çiçəklərik,
Gözəllərik, göyçəklərik
Biz bahar kimi.