Xalidə (T. Hacıyev)

Musiqisi / Music : Telman Hacıyev (1930-1991)
Sözləri / Lyrics : Fikrət Qoca (1935)

Ayrıca bax / See also:

  1. Azərbaycan xalq mahnısı “Xalidə”
  2. Hökümə Nəcəfovanın “Xalidəcan” mahnısı
  3. Azərbaycan melodiyaları – X hərfi

***
Qaşın qara, gözün qara,
Xalidə, ay Xalidə,
Sən dağ çəkdin bu yollara,
Xalidə, ay Xalidə,
Vurdun qəlbə yara.
Hara getdin, hara?

Nəqərat:
Hər lalənin var xalı da,
Ay Xalidə, Xalidə, Xalidə.
Yanağında var xalın da,
Xalidə, ay Xalidə,
Göy örpəkdir, yer xalıdır,
Xalidə, ay Xalidə.
Hara getdin, hara?
Adın qaldın yara.

***
Hüseynağa Hadıyevin ifasında

Rövşən Əzizin ifasında