Aman, Allah!

Musiqisi / Music : Tofiq Quliyev (1917-2000)
Sözləri / Lyrics :

Ayrıca bax / See also: Azərbaycan melodiyaları – A hərfi

***
Eşqdən köynək geyinirəm,
Od içində döyünürəm,
Həsrətinlə öyünürəm…
Aman, Allah! Sən köməyim ol!..

Eşqə düşən yanar, ölməz,
Bu nəşədən ağlar, gülməz,
Eşq bir yoldur gedir-gəlməz…
Aman, Allah! Sən köməyim ol!…

Sevgidən kim qaça bilər?
Zülmət işıq saça bilər,
Baş dirilib uça bilər…
Aman, Allah! Sən köməyim ol!…

***
Mirzə Babayevin ifasında