Azərbaycan bayrağı (V. Camalzadə)

Musiqi / Music : Vüqar Camalzadə (1974)
Söləri / Lyrics : Cəfər Cabbarlı (1899-1934)

Ayrıca bax / See also :

  1. Ramiz Mustafayevin “Azərbaycan bayrağına” mahnısı
  2. Nailə Mirməmmədlinin “Azərbaycan bayrağı” mahnısı
  3. Tural Bayraməliyevin “Azərbaycan bayrağı” mahnısı
  4. Azərbaycan melodiyalari – A hərfi

***
Altun köksün hilal-yıldız işıqları öpüncə,
Zirvəsindən Şah dağının gündoğuşu dinilür,
Rəhmallahi gözəlliklər tanrısı tək pək incə,
Bir siyaqla könüllərə hey salamlar söylüyür,
O yerlərdə qardaşları, dostları var pək sevir,
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.

Canalıcı bir görkəmlə dağ başında durunca,
Oxşadıqcs bahar yeli açıq-dağnıq tellərin.
Nazlı əlin umuzunda saçlarına vurduqca,
Bir-bir oxşayırsan bütün Turan ellərin.
Altaylardan, Altun dağdan doğma seller bəkləyor
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,
Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor,
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

***
Fidan Hacıyeva və Fərid Əliyevin ifasında