Ayrılıq adası

Musiqi / Music : Xanım İsmayılqızı (1956)
Sözləri / Lyrics : Çingiz Əlioğlu ()

Ayrıca bax / See also :  Azərbaycan melodiyalari – A hərfi

***
Aya baxdım, gözdüm doldu,
Söyüdlər saçın yoldu.
Sən getməzdin, səni məndən
Bilirəm, alan oldu…

Nəqərat:
Dedim, ötər ayrılıq, gözlədim,
Yoluna qovuşdu intizar…
Mən bilməzdim, hicranın
Bu qədər ömrü var…
Sanma ki, unutmuşam,
Hicranla barışmışam.
Gözümün önündəsən,
Amma sənsiz qalmışam.

Qərib könlüm sənsiz alır
Qəlbimin sədasını.
Gəl, dağıdaq bu hicranın
Ayrılıq adasını.

***
İlhamə Quliyevanın ifasında