Ayrılıq belə mi olur?

Musiqi / Music : Xanım İsmayılqızı(1956)
Sözləri / Lyrics : Xanım İsmayılqızı (1956)

Ayrıca bax / See also :  Azərbaycan melodiyalari – A hərfi

***
Dünyanın yerinə dözən ürəklər
Bir kövrək sevgidən nə tez yorulur…
Gün batır, qar yağır, əsir küləklər,
Bilmirəm, ayrılıq beləmi olur?..

Nəqərat:
Sevməyi öyrətdin mənə sonunda,
Qaldım sənsizliyin qəm qanadında.
Sən yoxsan, xəyalın məni ovudur,
Bilmirəm, ayrılıq beləmi olur?..

Nə bir söz, nə bir zəng, yoxdur xəbərin,
Deyəsən evimə lal sükut dolur.
Sevgi qonağıymış demə, kədərin,
Bilmirəm, ayrılıq beləmi olur?..

***
Elçin Cəlilovun ifasında