Aman, nənə!..

Azərbaycan xalq mahnısı “Aman, nənə!”/ Azerbaijani folk song “Aman, Grandma!”

Məqam / Lad: Rast
Düzənlənmə: Üzeyir Hacıbəyov (1885-1848)

Xan Şuşinskinin “Ceyran bala” bəstəsinin və Azərbaycan xalq mahnısı “Aman, nənə”nin sözləri eynidir, melodiyaları fərqli.

Ayrıca bax / See also :

  1. Xan Şuşinskinin “Ceyran bala” bəstəsi
  2. Azərbaycan xalq mahnısı “Aranda qaldım, ay nənə!..”
  3. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  4. Azərbaycan melodiyalari – A hərfi

***
Asta yeri – kəmər düşər belindən!
Aman nənə, zalım nənə, yar nənə!
Nə eşitdin mən yazığın dilindən,
Aman nənə, zalım nənə, yar nənə?!
Nə eşitdin mən yazığın dilindən, (O qədər sevirəm, düşməz dilimdən)
Ay aman yar, ay zalım yar, ay gözəl yar, ay gül yarım…
Aman nənə, zalım nənə, yar nənə hey, yar nənə hey, yar nənə!

Yarıma demişəm, mənə saz alsın,
Aman nənə, zalım nənə, yar nənə!
Onu çalım – dərdi-qəmim azalsın.
Aman nənə, zalım nənə, yar nənə!
Məgər mən ölmüşəm, yarım qız alsın (qocalsın),
Ay aman yar, ay zalım yar, ay gözəl yar, ay gül yarım…
Aman nənə, zalım nənə, yar nənə hey, yar nənə hey, yar nənə!

Bir yaylığı vardı, gülü özündən,
Aman nənə, zalım nənə, yar nənə!
Dolanır boynuma özü özündən,
Aman nənə, zalım nənə, yar nənə!
Mən nə dedim, yar incidi sözümdən?
Ay aman yar, ay zalım yar, ay gözəl yar, ay gül yarım…
Aman nənə, zalım nənə, yar nənə hey, yar nənə hey, yar nənə!

***
Ağadadaş Ağayevin ifasında

Rühəngiz Allahverdiyevanın ifasında

 

İlqar Muradov, Brilliant Dadaşova və Norvegiyanın “Skruk” xorunun ifasında