Aşiqəm, kimə yalvarım?

Azərbaycan xalq mahnısı “Aşiqəm, kimə yalvarım?” / Azerbaijani folk song “I’m in love, whom should I beg for?”

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  2. Azərbaycan melodiyaları – A hərfi

***
Gözləri göyçəkdir, boyudur bəstə,
Dili badam içi, dodağı püstə.
Hər nə desə, cümləsi “gözüm üstə!”.

Nəqərat:
Aşiqəm, kimə yalvarım?
Mən neynim, yara yalvarım?

Qoşa-qoşa xalları var üzündə,
Vəsmə qaşda, sürməsi var gözündə.
Şək-şəkər söhbətində, sözündə.

Ürəyimdə sözüm çoxdur, sevgilim,
Bir yaxın gəl, sirrim sənə söyləyim.
Gözüm gördü, könlüm sevdi, neyləyim?

Gəlin, gedək Qarabağa gəzməyə,
Dəstə yığıb güldən çələng hörməyə,
Mən doymaram sənin kimi gözələ.

***
Güllü Muradovanın ifasında

Əliyar Məmmədovanın ifasında

Təbrizli evdar xanımın ifasında