Ay bəri bax

Azərbaycan xalq “Ay bəri bax” / Azerbaijani folk song “Look on me”

Ayrıca bax / See also :

  1. Ramiz Mirişlinin “Ay bəri bax” mahnısı
  2. Ramiz Mirişlinin “Toy olacaq” mahnısı
  3. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  4. Azərbaycan melodiyalari – A hərfi

***
Pəncərədən daş gəlir,
Ay bəri bax, bəri bax!
Xumar gözdən yaş gəlir,
Ay bəri bax, bəri bax!

Səni mənə versələr –
Ay bəri bax, bəri bax! –
Hamıya da xoş gələr,
Ay bəri bax, bəri bax!

Pəncərənin milləri –
Ay bəri bax, bəri bax! –
Açıb qızılgülləri,
Ay bəri bax, bəri bax!

Oğlanı yoldan eylər –
Ay bəri bax, bəri bax! –
Qızın şirin dilləri,
Ay bəri bax, bəri bax!

Pəncərəni bağlama –
Ay bəri bax, bəri bax! –
Mən gedirəm, ağlama!
Ay bəri bax, bəri bax!

Gedib yenə gələrəm –
Ay bəri bax, bəri bax!
Özgəyə bel bağlama,
Ay bəri bax, bəri bax!

***
Səxavət Məmmədovun ifasında