Ay dilbər 2 (Xalq mahnısı)

Azərbaycan xalq mahnısı “Ay dilbər” / Azerbaijani folk song “Ay dilber (1)”

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnısı “Ay dilbər, 1 (Gəlirəm, gedirəm, xəbərin olsun!..)”
  2. Azərbaycan xalq mahnısı “Ay dilbər, 3 / Dilbərcan”
  3. Azərbaycan xalq mahnısı “Dilbərim (Gəl, gəl, ahu balası!)”
  4. Bəhram Nəsibovun “Ey nazlı dilbərim” mahnısı
  5. Əfqan mahnısı “Dilbərim”
  6. Çelikin “Dilberim” mahnısı
  7. Ramiz Zöhrabovun “Tel oynasın” mahnısı
  8. Qəmbər Hüseynlinin “Tellər oynadı” mahnısı
  9. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  10. Azərbaycan melodiyalari – A hərfi
  11. Azərbaycan melodiyalari – D hərfi

***
Dağların başın
Qışda qar alar.
Yar yarın görməsə,
Rəngi saralar.

Nəqərat:
Ay gözəlim, ay mələyim!
Gəl, məni dindir,
Qəlbim sənindir!
Dövran nə gözəl, nə gözəl, nə gözəl!
Canan nə gözəl, nə gözəl, nə gözəl!
Ay dilbər, can dilbər, çal, dilbər,
Tellər oynasın!..

Araz dərindir,
Suyu sərindir.
Gəl, nazlı dilbərim,
Bir məni dindir!..

Nəqərat:
Ay gözəlim, ay mələyim!
Gəl, məni dindir,
Qəlbim sənindir!
Bülbül yaz elər, yaz elər, yaz elər,
Canan naz elər, naz elər, naz elər.
Al sazı, çal sazı, et nazı,
Tellər oynasın!..

***
Rəşid Behbudovun ifasında

 

Mələkxanım Eyyubovanın ifasında

Əzizə Mustafazadənin ifasında

“Ay dilbər (2)” mahnısının not yazısı

dilber2