Ay Laçın

Azərbaycan xalq mahnısı “Ay Laçın” / Azerbaijani folk song “Ay Lachin”

Ayrıca bax / See also:

  1. Azərbaycan melodiyaları – A hərfi
  2. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs

***
Araz axar Mil ilə,
Dəstə-dəstə gül ilə.
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə.
Bağçaları sarı gül, (Bağçamızın barı gül)
Yarı qonça, yarı gül.
Gec açıldın, tez soldun,
Olmayaydın, barı gül.

Nəqərat:
Ay Laçın, can Laçın!
Mən sənə qurban, Laçın!

Yeri, yeri, nişan yar,
Yeni eşqə düşən yar!
Elçiləri qırılmış,
Özü elçi düşən yar…
Alma atdım, nar gəldi,
Kətan köynək dar gəldi,
Qapıya kölgə düşdü,
Elə bildim, yar gəldi.

Su atdım, yara dəydi,
Əlim divara dəydi,
Dilim mənim qurusun!
Nə dedim, yara dəydi?!..
Elə bir oda yansın,
Pərvanə oda yansın!..
Mən yandım yar üzündən,
Eşitsin, o da yansın!..

Bağa girmərəm sənsiz,
Gülü dərmərəm sənsiz,
Bağda quzu mələsə,
Bil ki, o mənəm sənsiz.

***
Rəşid Behbudovun ifasında

Akif İslamzadənin ifasında

“Qaya” qrupunun ifasında

Tarda Qurban Primovun ifasında instrumental (1946 ilin valında), bədii rəhbər Avanes İonessyan