Ay qadası!..

Azərbaycan xalq mahnısı / Azerbaijani folk song “Ay qadası!..”

Görkəmli bəstəkar Fikrət Əmirov “Ay qadası” mahnısının melodiyasından “Şur” simfonik muğamında istifadə edib.

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  2. Azərbaycan melodiyalari – A hərfi

***
Qaşları hilal,
Ağ üzündə xal,
Körpə bir maral,
Ay qadası!..

Yandım eşqinə,
Qurbanam sənə,
Naz etmə mənə,
Ay qadası!..

Nəqərat:
Sözləri (Ləbləri) şəkər
Olmasan əgər,
Kim nazın çəkər,
Ay qadası?!..

Sevdiyim Nİgar,
Ağ üzündə xal,
Məndə yox qərar, (Körpə bir maral)
Ay qadası!..

***
Xan Şuşinskinin ifasında

 

Nərminə Məmmədovanın ifasında