Ay qız, kimin qızısan?

Azərbaycan xalq mahnısı / Azerbaijani folk (traditional) song

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  2. Azərbaycan melodiyaları – A hərfi

***

Ay qız, kimin qızısan?
Almadan qırmızısan,
Anan səni bəsləmiş,
Bəxtimin ulduzusan. (Böyüyəndə gəlinimsən)

Aç xurcunu, al bıçağı,
Kəs almanı, ver yara
Dilim-dilim, dilim-dilim, dilim-dilim…

Ay qız, sənə mailəm,
Boynunda hamayıləm,
Dost payı şirin olar,
Hər nə versən, qailəm.

Dağlar üstü Miyana,
Gül sünbülə boyana.
Oxu, bülbülüm, oxu,
Bəlkə yarım oyana.

Aşiqinəm əzəldən,
Yar yarın verməz əldən.
Dostum var, düşmənim var,
Salma məni nəzərdən.

Həmyaşımsan, tayımsan,
Ulduzumsan, Ayımsan,
Görənlər bir söz deməz,
Sən ki mənim payımsan.

***

Şövkət Ələkbərovanın ifasında

Sara Qədimovanın ifasında