Ay xanım, dur sallan

Azərbaycan xalq mahnısı / Azerbaijani folk (traditional) song

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Mən qurbanam ala gözün məstinə,
Xal düzülüb al yanağın üstünə.

Nəqərat:
Bəxtəvər mən ollam,
Ay xanım, dur sallan.

Tovuz kimi bəzək verdin özünə,
Xoş danışdın, mayil oldum sözünə.

Nə müddətdir ki, görmürəm səni,
Başqa bir sevdaya salmısan məni.

Söhbətin məzəli, sözün şirindir,
Həsrətəm üzünə, gəl, məni dindir.

***
Arif Babayevin ifasında