Gül açdı

Azərbaycan xalq mahnısı “Gül açdı” / Azerbaijani folk (traditional) song “The flower has blossomed”

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnısı “Əlində sazın qurbanı”
  2. Azərbaycan xalq mahnısı “Dur, gəl yanıma!”
  3. Firəngiz Babayevanın “Gül açıb” mahnısı
  4. Azərbaycan xalq mahnıları / Azerbaijani folk (traditional) songs 
  5. Azərbaycan melodiyalari – G hərfi

***
Gül açdı, bahar oldu,
Yar məndən kənar oldu.
Yar məndən ayrılalı
Ürəyim qubar oldu.

Nəqarət:
Gülüm Nazilə, naz ilə baxma!
Gözəl Nazilə, naz ilə baxma!
(Yar, könlümü yandırıb yaxma!)
Məni yandırıb yaxma!

Gül açdı, xəndan oldu,
Dərmədim, dən-dən oldu.
Mən səndən ayrılmazdım,
Ayrılıq səndən oldu.

Bu dağda maral gəzər,
Tellərin darar, gəzər.
Mən yara neyləmişəm,
Yar məndən kənar gəzər?

Qızılgül həşəm oldu,
Dərmədim, əşəm oldu.
Gecə-gündüz yolunu
Gözləmək peşəm oldu.

***
Xan Şuşinskinin ifasında

Səxavət Məmmədovun ifasında

Qədir Rüstəmovun ifasında

Akif İslamzadənin ifasında

“Qaya” qrupunun ifasında