Ay tərlan, dur sallan! / Güllü qafiyə

Azərbaycan xalq mahnısı “Ay tərlan, dur sallan” (Bulud zülflü) / Azerbaijani folk (traditional) song
Sözləri / Lyrics : Molla Pənah Vaqif (1717-1797)

Ayrıca bax / See also :

  1. Azərbaycan aşıq havası “Güllü qafiyə”
  2. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  3. Azərbaycan melodiyalari – A hərfi
  4. Azərbaycan melodiyalari – B hərfi
  5. Azərbaycan melodiyalari – G hərfi

***
Açıqbaşda əgər olsa bir dilbər,
Onda bu nişanlar müəyyən gərək:
Əndamı ayinə, qəddi mötədil,
Siyah zülfü qamətinə tən gərək.

Yaşadıqca cavanlana, еnlənə,
Bir hicabda, bir pərdədə əylənə,
Nitqü nəfəsindən canlar dinlənə,
Şirin danışıban xоş gülən gərək.

Tavus (Tovuz) kimi cilvələnə hər səhər,
Bəzək verə camalına sərbəsər,
Dindirməmiş verə könüldən xəbər,
İşarə anlayıb hal bilən gərək.
Qadanı mən allam, başına dolannam,
Ay tərlan, dur sallan, bəxtəvər mən ollam.

Yanağı laleyi-bahari kimi,
Ləbləri yaqutun kənari kimi,
Bir danə nasüftə mirvari kimi
Başdan ayağadək ağbədən gərək.
Qadanı mən allam, başına dolannam,
Ay tərlan, dur sallan, bəxtəvər mən ollam.

Bulud zülflü, Ay qabaqlı gözəlin,
Duruban başına dolanmaq gərək,
Bir evdəki sən tək gözəl olmaya,
O ev bərbad olub talanmaq gərək.
Qadanı mən allam, başına dolannam,
Ay tərlan, dur sallan, bəxtəvər mən ollam.

Gözəl xanım sarayından çıxanda,
Ağ gərdənə həmayillər taxanda,
Gözə sürmə, qaşa vəsmə yaxanda,
Canı eşq oduna qalanmaq gərək.
Qadanı mən allam, başına dolannam,
Ay tərlan, dur sallan, bəxtəvər mən ollam.

***
Zülfü Adıgözəlovun ifasında

Alim Qasımovun ifasında

Zabit Nəbizadənin ifasında

Şövkət Ələkbərovanın ifasında

Arzu Həsənovanın ifasında