Ay ana, bu yarım niyə gəlməz oldu?

Azərbaycan xalq mahnısı “Ay ana, bu yarım niyə gəlməz oldu?”/ Azerbaijani folk song “O mother, why has my darling not come?”

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  2. Oqtay Kazıminin “Nə gəlməz oldu?” mahnısı
  3. Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı
  4. Azərbaycan melodiyalari – A hərfi
  5. Azərbaycan melodiyalari – N hərfi

***
Samovar almışam, silənim yoxdur,
Bir dərdə düşmüşəm, bilənim yoxdur,
Gedənim gedibdir, gələnim yoxdur.

Nəqərat:
Ay ana, bu yarım niyə gəlməz oldu?
Aşdı uca dağları, görünməz oldu…

Faytonla gəlirdim, göz eylədilər,
Əqlimi başımdan tez eylədilər,
Bir söz deməmiş söz eylədilər…

Evlərinə getdim, aldım, gətirdim,
Sazını sinəmdə çaldım, gətirdim,
Eşitdim, yar gəlir, – durdum, gətirdim,

Yarıma demişəm, mənə saz alsın,
Sazı çalım, dərdi-qəmim azalsın.
Məgər mən ölmüşəm, yarım qız alsın?

Mənim yarım xanımların xasıdır,
Əyninə geydiyi toy libasıdır,
Qulağıma gələn yarın səsidir.

Narınca bax, narınca,
Yar gedibdir, gözüm qalıb dalınca,
Ölüm xoşdur, yara həsrət qalınca.

Lənkəran yolları üstü qovaqdır,
Çiçəklər hamısı
Bir gözəl sevmişəm, məndən iraqdır.

***
Nazim Ağayevin ifasında

 

Simarə İmanovun ifasında

 

Sevinc Sarıyeva və Simarə İmanovanın ifasında