Ay qız, sənə mayiləm

Azərbaycan xalq mahnısı / Azerbaijani folk (traditional) song

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  2. Azərbaycan melodiyalari – A hərfi

***
Ay qız, sənə mailəm,
Boynunda həmayiləm,
Dost payın şirin olar,
Hər nə versən, qayiləm.

Nəqərat:
Qaşın, gözün, şirin sözün
Aldı məni canımı.
Mən sənə qurban,
Mən sənə heyran.
Ay xanım, xanım,
Sən mənim canım,
Gəl, səni alım,
Qurbanın olum, ay xanım.

Başında var şal bunun,
Üzündə var xal bunun.
Bir dəli şeytan deyir,
Dur, qadasın al bunun.

Araxçının məndədir,
Sərmişəm – çəməndədir,
Axtarma – cibimdədir.
Aləm gözələ dönsə,
Mənim gözüm səndədir.

Mən aşiq, gündə dara,
Zülfünü gündə dara,
Səndən əlim üzmərəm,
Çəksələr gündə dara.

***
Lütfiyar İmanovun ifasında

Canəli Əkbərovun ifasında