Ana Kürüm

Musiqi / Music : Aşıq Pənah (1926-1978)
Sözləri / Lyrics : Aşıq Pənah (1926-1978)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Kür Bakıya axdı gəldi,
Çiçəkləri açdı gəldi,
Sevinməyin vaxtı gəldi,
Ay mənim Ana Kürüm!

Nəqarət:
Ay mənim, Ana Kürüm,
Qurbanam sana, Kürüm!..

Kür axdıqca Abşerona,
Gül-çiçəklər gəldi cana,
Bakım girdi təzə dona,
Ay mənim Ana Kürüm!

Sən Pənahın ürəyisən,
Arzususan, diləyisən,
Solmayan çiçəyisən,
Ay mənim Ana Kürüm!