Qal, sənə qurban!.. (B. Nəsibov)

Musiqi / Music : Bəhram Nəsibov (1942-1998)
Sözləri / Lyrics : Miryusif Manafov, Eyvaz Həsənov (ilk 2 misra), Bəhram Nəsibov (IV bənd)

1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov teatr üçün “Süsən-sünbül” adlı bir pyes işləmişdi. Həmin pyesdə qadın surətlərin birinin dilindən “Qal, sənə qurban” adlı bir mahnı ifa olunurdu. Pyesin müəllifi Miryusif Manafov əsərdəki bu şeirin müəllifi olduğunu dəfələrlə müsahibələrində qeyd edib. Həmin şeirə Bəhram Nəsibov mahnı bəstələmişdi, lakin mahnının dördüncü bəndi Bəhram Nəsibovun əlavəsidir. Pyesdəki orjinal mətndə həmin bənd yoxdur. 1972-ci ildə bu mahnı hələ böyük dinləyici auditoriyası qazanmamışdı.

Qaynaq: “Qal sənə qurban” mahnısı ilə bağlı tarixi faktlar

Ayrıca bax / See also :

  1. Ələkbər Tağıyevin “Qal, sənə qurban!” mahnısı
  2. Ramiz Mirişlinin “Ay sənə qurban” mahnısı
  3. Azərbaycan melodiyalari – Q hərfi

***
Getmə, həsrətliyəm, qal, sənə qurban,
Ömürlük həmdəmim ol, sənə qurban.
Mənlə şirin danış, mən şirin gül,
Ələnsin ləbindən bal, sənə qurban!

Getmə, kimsəsizəm (uzaqlara), qal, sənə qurban,
Bu dilsiz, ağızsız, lal sənə qurban!..
Mənlə şirin danış, mən şirin gül,
Ələnsin ləbindən bal, sənə qurban!

Amandır, düşmənsin qəlbinə əğyar,
Yanağında qara xal, xal, sənə qurban!
Əgər üz çevirib getsən uzağa,
Qalmaz aşiqində hal, sənə qurban.

Yamandır hicranın,
Getmə, sevgilim, getmə,
Qəlbimi həsrətli etmə, sevgilim.
Dinsin saf eşqilə, qoy, ürək teli,
Vüsal nəğməsini çal, sənə qurban!

Muğamat hissəsi:
Sevgilim, görüşə gəl,
Can sənə qurban olsun.
Könlüm hicrindən pərişandır,
Sənə qurban olsun!
Gül, gülüm, gül, gözəlim,
Aman, canım!
Gül ki, xəzansız keçə ömrümüz!
Gül, baharım, bu gülüstan sənə qurban olsun!
Ey Nigarım, üzümə, çox demirəm, bir dəfə gül,
Gündə min dəfə bu Süleyman sənə quban olsun!

***
Eyvaz Həsənovun ifasında

Səttar Nəsirovun ifasında

Nəzakət Teymurovanın ifasında