Ay sənə qurban olum! (R. Mirişli)

Musiqisi / Music : Ramiz Mirişli (1934-2015)
Sözləri / Lyrics : Fikrət Qoca (1935)

Ayrıca bax / See also :

  1. Azərbaycan melodiyalari – A hərfi
  2. Bəhram Nəsibovun “Qal, sənə qurban!” mahnısı
  3. Ələkbər Tağıyevin “Qal, sənə qurban!” mahnısı

***
Həsrətin bir dənizdi,
Eşqin dənizi üzdü.
Əzabın da əzizdir,
Ay sənə qurban olum!..

Nəqərat:
Ömür eniş-yoxuşdu,
Sən bir tək üzük qaşı.
Sənli hər üzü xoşdu,
Sənsiz bu dünya boşdu,
Ay sənə qurban olum.

Mən yandım sönə-sönə,
Bağlanmışam mən sənə.
Daha nə deyim sənə,
Ay sənə qurban olum?!..

***
Nazpəri Dostəliyevanın ifasında