Anam Azərbaycan

Musiqi / Music : Mehriban Əhmədova (1963)
Sözləri / Lyrics : Fikrət Qoca (1935)

Ayrıca bax / See also :

  1. Oqtay Rəcəbovun “Anam Azərbaycanım” mahnısı
  2. Azərbaycan melodiyalari – A hərfi

***
Azərbaycan, anam sənsən,
Eşqim, şöhrət, şanım sənsən.
Ruhum, canım, qanım sənsən,
Odlar yurdu, Azərbaycan.

Nəqərat:
Yer üzündə üzün gülür,
Dost ellərdən qonaq gəlir.
Hünərini dünya bilir,
Qədim diyar, şanlı cahan
Anam Azərbaycan.

Oğlun, qızın igid ərlər,
Vətən desəm daşlar dinər.
Bəbir qızlar, oğul şirlər,
Sənə qurban Azərbaycan.

***