Anam Azərbaycanım

Musiqi / Music :Oqtay Rəcəbov (1941)
Sözləri / Lyrics : Adil Babayev (1925-1977)

Ayrıca bax / See also :

  1. Azərbaycan melodiyalari – A hərfi
  2. Mehriban Əhmədovanın “Anam Azərbaycan” mahnısı

***
Mən sənə həmişə “Anam” demişəm,
Ülfətin şirindir, nəfəsin ilıq.
İnan ki, bürüyər ürəyimi qəm,
Əgər aramıza düşsə ayrılıq

Nəqarət:
Anam mehribanım, Azərbaycanım,
Düşmərəm bir an da səndən ayrı mən,
Sonsuz məhəbbətim, sözüm, dastanım
Yaranıb əbədi məhəbbətimdən.

Xəzərin, Göygölün, Arazın könül
Eşqini qoparmaq olmaz sinəmdən
Neçə min həyatın neçə min ömrün
Sevinci bəzəyi fərəhisən sən

Sazın da, neyin də, incə tarın da,
Qocan da, gəncin də mənə əzizdir.
Zərif bayatında, mahnılarında
Yaşayan eşqimiz, ürəyimizdir.

***
İlhamə Quliyevanın ifasında