Apar məni (N. Məmmədov)

Musiqisi / Music : Nəriman Məmmədov (1927-2015)
Sözləri / Lyrics : Mədinə Gülgün (1926-1992)

Ayrıca bax / See also :

  1. Azərbaycan melodiyalari – A hərfi
  2. Cavanşir Quliyevin “Hara getsən, apar məni” mahnısı
  3. Oqtay Rəcəbovun “Apar məni” mahnısı

***
Bir ömürəm – yazım sənsən,
Bir nəğməyəm – sazım sənsən,
Bir ürəyəm – arzum sənsən,
Hara getsən apar məni!..

Nəqərat:
Bir bağçayam – barım sənsən,
Bir zirvəyəm – qarım sənsən,
Bir sinəyəm – tarım sənsən,
Hara getsən apar məni!..

Bir laylayam – dünyam sənsən,
Bir cüt gözəm – röyam sənsən,
Bir sevgiyəm – sevdam sənsən,

Hara getsən apar məni!..

Geniş göylər quşa qalsın!..
Ayrılıq dağ-daşa qalsın!..
İzlərimiz qoşa qalsın!..
Hara getsən apar məni!..