Apar məni (O. Rəcəbov)

Musiqi / Music : Oqtay Rəcəbov (1941)
Sözləri / Lyrics : Məmməd İsmayıl ()

Ayrıca bax / See also :

  1. Nəriman Məmmədovun “Apar məni” mahnısı
  2. Azərbaycan melodiyalari – A hərfi

***
Apar məni baharlara,
Neyləyirəm mən qışı?!..
Sənə qalsın bu dünyanın
Yağan qarı, yağışı…

Apar məni baharlara,
Sevdirdiyin günlərə,
Arzu olub Yer üzünə
Səpildiyin güllərə.

Qoş Günəşə, göndər məni,
Bir parça yaz səması,
Yoxsa sevən ürəyimin
Donar sevgi dünyası.

Bahar oldu, bahar oldu,
Apar məni yay aylara.
İtirdiyim illərə yox,
Yaşanılmış aylara.

Apar məni payızlara,
Neyləyirəm mən yazı?!..
Ömrüm-günüm, axı sənsiz
Nədir ömrün mənası?!..

Yazı qaytara yalğızlara,
Apar məni qışlara.
At bu dəcəl ürəyimi
Qarlara, qarlara, yağışlara…

***
Flora Kərimovanın ifasında