Ayrılıq olmasaydı

Musiqisi / Music : Nəriman Məmmədov (1927-2015)
Sözləri / Lyrics : Adil Babayev (1925-1977)

Ayrıca bax / See also :

  1. Oqtay Kazıminin “Ayrılıq olmayaydı, 1” mahnısı
  2. Oqtay Kazıminin “Ayrılıq olmayaydı, 2 ” mahnısı
  3. Faiq Sücəddinovun “Ayrılıq olmayaydı” mahnısı
  4. Azərbaycan melodiyalari – A hərfi

***
Heç zaman solmazdı o tər çiçəklər,
Ümmana dönərdi sevən ürəklər,
Bir insan bilməzdi, nədir qəm-kədər,
Şəfəqli nəğməyə dönərdi aləm,
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…

Nəqərat:
Vaxtsız dən düşməzdi şəvə saçlara,
Analar ömründə geyməzdi qara,
Bir dildə olmazdı “həsrət” kəlməsi,
Bir evdən çıxmazdı hıçqırıq səsi,
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…

Görünməzdi bu yol yorucu, uzun,
Gülərdi çöhrəsi gəlinin-qızın,
Yaz fəsli açılan çiçəklər kimi
Əbədi saxlardım səadətimi,
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…

***
Akif İslamzadənin ifasında