Ayrılıq olmayaydı, 1

Musiqisi / Music : Oqtay Kazımi (1932-2010)
Sözləri / Lyrics : Cabir Novruz (1933-2002)

Ayrıca bax / See also :

  1. Oqtay Kazıminin “Ayrılıq olmayaydı, 2 ” mahnısı
  2. Nəriman Məmmədovun “Ayrılıq olmasaydı” mahnısı
  3. Faiq Sücəddinovun “Ayrılıq olmayaydı” mahnısı
  4. Azərbaycan melodiyalari – A hərfi

***
Yavaş-yavaş gecə keçər,
Heç bilmirəm, necə keçər,
Səni durub düşündükcə,
Qoşun çəkər xatirələr.

Nəqərat:
Şirin günlər, şirin çağlar
Bir-bir gəlib düşər yada.
Ürək deyər: “Ayrılığın
Üzü dönsün bu dünyadan!..”

Ay çəkilər yuxu kimi,
Bir ovçunun oxu kimi,
Hamı deyər, hamı gülər,
Mən gülmərəm çoxu kimi.

Çöldə turac (tufan) haray çəkər,
Salar fəryad (fəğan), haray çəkər,
Yerdə durub susaram mən,
Göydən bulud halay çəkər.

***
Qanun Yusifovun ifasında

Məmmədbağır Bağırzadənin ifasında