Aldatdı məni (N. Aslan)

Musiqi / Music : Novruz Aslan (1963)
Sözləri / Lyrics : Xanım İsmayılqızı (1956)

Ayrıca bax / See also :

  1. Tahir Əkbərin “Aldatdı məni” mahnısı
  2. Azərbaycan melodiyalari – A hərfi

***
Hardan biləydim axı, hicran gələcək,
Məni sevənin üzü birdən dönəcək?
Qara gecələr mənim ömrümə bənzər,
Tənhalıq indi qəlbimi üzər.

Nəqərat:
Ürək üsyan qoparsa, bilən deyilsən;
Qəfiq çırağım sönsə, görən deyilsən;
Həsrətdən belə ölsəm, dönən deyilsən, –
Sən məni sevən deyilsən…
Aldatdı məni, “sevirəm” deyəni,
Aldatdı məni mənsiz dözməyənim,
Aldatdı məni, kimsə tutdu yerimi,
Ürəkdən sevdiyim aldatdı məni.

Sən bilə-bilə qəlbimə həmdəm oldun,
De, bu sevgidən axı nə tez yoruldun.
Dözə bilmirəm, sənsizlik əzabdır…
Ayrılıq məni haradan tapdı?

***
Faiq Ağayevin ifasında