Aldatdı məni (T. Əkbər)

Musiqi / Music : Tahir Əkbər (1946-2018)
Sözləri / Lyrics : Şahəstə Ağayeva ()

Ayrıca bax / See also :

  1. Novruz Aslanın “Aldatdı məni” mahnısı
  2. Azərbaycan melodiyalari – A hərfi

***
Gecələr gözümə yuxu getmədi,
Gündüzlər gizlincə süzərdin məni.
Boylanıb hey mənə gülümsəyərdin,
Yalançı gülməyin aldatdı məni.

Nəqərat:
Xəzərin qoynunda nəğmə oxuyaq,
Nərgizdən, lalədən çələng toxuyaq,
Toxunan çələngi tez-tez qoxuyaq!
Dinmədi susmağın, aldatdı məni.

“Sevmişəm, sevirəm” deyərdin mənə,
Təzə-tər çiçəklər dərərdim sənə.
Hərdən bir gözünü süzərdin, gülüm,
O gözəl baxışın aldatdı məni.

***
Səbuhi Həsənovun  ifasında