Azərbaycan gözəlləri

Musiqi / Music : Ramiz Mirişli (1934-2015)
Sözləri / Lyrics : Fikrət Qoca (1935)

Ayrıca bax / See also :

  1. Ramiz Mirişlinin “Azərbaycan gözəli” mahnısı
  2. Əşrəf Abbasovun “Qarabağın qızları” mahnısı
  3. Oqtay Kazıminin “Qarabağın qızları” mahnısı
  4. Azərbaycan xalq mahnısı “Azərbaycan maralı”
  5. Azərbaycan melodiyalari – A hərfi

***
Bir qıyqacı baxışından
Bir ömür-gün işıqlanar.
Saçlarında gecə yatar,
Gözlərində günəş yanar,
Azərbaycan gözəlləri.

Nəqərat:
Azərbaycan gözəlləri,
Gülər üzlü gözəlləri,
Qara gözlü gözəlləri,
Ana yurda oğul olar,
Qardaşına qardaş olar.
Bizim igid oğlanlara
Saf ürəkli sirdaş olar
Azərbaycan gözəlləri…

Təbəssümü bir aləmdir,
Qəzəbi tufan eyləyər.
Eşqi, məhəbbəti ilə
Daşı da insan eyləyər,
Azərbaycan gözəlləri…

Heç görməyək kədərini,
Gülüşü ağ günümüzdü,
Namusumuz, qeyrətimiz,
Çiçəyimiz- gülümüzdü
Azərbaycan gözəlləri.

***
Oqtay Ağayevin ifasında (1973)