Azərbaycan maralı

Azərbaycan xalq mahnısı “Azərbaycan maralı” / Azerbaijani folk song “Azerbaijani deer (beauty)”

Ayrıca bax / See also :

***
Ay qız, gəzmə aralı,
Könlüm səndən yaralı. (Etmə könlüm yaralı)
Gözlərinə heyranam,
Azərbaycan maralı!..

Nəqərat:
Sən bulaq üstə gələndə,
Qıyğacı baxıb güləndə
Aldın səbrü-qərarımı,
Azərbaycan maralı!..

Gedək Qırxqız yaylağına,
Ceyran, cüyür ovlağına,
Çıxaq İsa bulağına,
Azərbaycan maralı!..

Nəqərat:
Turşsu olsun yaylağımız,
Gözəl Şuşa oylağımız,
Sən olaydın qonağımız,
Qarabağın maralı.
Aldın səbri-qərarımı,
Azərbaycan maralı.

***
Şövkət Ələkbərovanın ifasında

Fatma Mehrəliyevanın ifasında

Səxavət Məmmədovun ifasında