Ay sallanıb gələn yar / Azərbaycan ceyranı

Azərbaycan xalq mahnısı “Ay sallanıb gələn yar / Azərbaycan ceyranı”// Azerbaijani folk song “Azerbaijani antilope (beauty)” 

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnısı “Azərbaycan maralı”
  2. Azərbaycan xalq rəqsi “Ceyranı”
  3. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  4. Azərbaycan melodiyalari – A hərfi

***
Ay sallanıb gedən (gələn) yar,
Ayaq saxla, sözüm var.
Qoy, bir baxım doyunca –
Gözlərində gözüm var.

Nəqərat:
Hey!..
Yerişinə, balam,
Gülüşünə, balam,
Baxışına qurban!
Bağrımı qan eyləmə,
Gəl, sevgili canan!
Gəl, ay incəbelli!
Gəl, ay qaratelli!
Gəl, ay şirindilli!
Gəl, ay incəbelli!

Sənin kimi yar hanı,
Azərbaycan ceyranı?
Qara qaşın, gözlərin
Mən aşiqin dərmanı.

Ay qız, getmə amandır,
Sirrim sənə ayandır.
Gəlişinə can qurban,
Gedişin can alandır!

***
Lütfiyar İmamovun ifasında (25:30-28:42 dəqiqələrdə)