Ay gecikən məhəbbətim (S. Sərxan)

Musiqi / Music : Sərxan Sərxan (1952)
Sözləri / Lyrics : Tofiq Bayram (1934-1991)

Ayrıca bax / See also :

  1. Bəhram Nəsibovun “Ay gecikən məhəbbətim” mahnısı
  2. Oqtay Kazıminin “Ay gecikən məhəbbətim” mahnısı
  3. Oqtay Kazıminin “Gecikmiş məhəbbət” mahnısı
  4. Eldar Mansurovun “Gecikmiş məhəbbət” mahnısı
  5. Səyavuş Kəriminin “Gecikmiş məhəbbət” mahnısı
  6. Azərbaycan melodiyalari – A hərfi
  7. Azərbaycan melodiyalari – G hərfi

***
İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim!..
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim!..

Nəqərat:
Saç ağartdım bu yollarda
Harada idin, söylə, harada?
Bir yarpağam son baharda,
Saralıram yetim-yetim.

Sən əzabsan, göz yaşısan,
Bəxtimin son naxışısan,
Bəlkə tale qarğışısan,
Bəlkə də ilk səadətim,
Ay gecikən məhəbbətim?!..

***
Sərxan Sərxanın ifasında