Ay gecikən məhəbbətim (B. Nəsibov)

Musiqi / Music : Bəhram Nəsibov (1942-1998)
Sözləri / Lyrics : Tofiq Bayram (1934-1991)

Ayrıca bax / See also :

  1. Sərxan Sərxanın “Ay gecikən məhəbbətim” mahnısı (T. Bayramın sözlərinə)
  2. Oqtay Kazıminin “Ay gecikən məhəbbətim” mahnısı (T. Bayramın sözlərinə)
  3. Oqtay Kazıminin “Gecikmiş məhəbbət” mahnısı (C. Novruzun sözlərinə)
  4. Eldar Mansurovun “Gecikmiş məhəbbət” mahnısı (C. Novruzun sözlərinə)
  5. Səyavuş Kəriminin “Gecikmiş məhəbbət” mahnısı (C. Novruzun sözlərinə)
  6. Azərbaycan melodiyalari – A hərfi
  7. Azərbaycan melodiyalari – G hərfi

***
Saç ağartdım bu yollarda,
Harda qaldın o vaxtlarda?
Bir çiçəyəm son baharda,
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!..

Nəqərat:
Bir könül var əmanətdir,
Acısı da, şirin dərddir.
Bir gözələ xəyanətdir,
Bir gözələ sədaqətdir,
Ay gecikən məhəbbətim!..

Varsa cəza, verən gelsin,
Könlü hicran görən gəlsin.
Məcnun gəlsin, Kərəm gəlsin,
Desin, nədir qəbahətim,
Ay gecikən məhəbbətim!..

***
Əbülfət Əliyevin ifasında