Ay gecikən məhəbbətim (O. Kazımi)

Musiqi / Music : Oqtay Kazımi(1932-2010)
Sözləri / Lyrics : Tofiq Bayram (1934-1991)

Ayrıca bax / See also :

  1. Bəhram Nəsibovun “Ay gecikən məhəbbətim” mahnısı
  2. Sərxan Sərxanın “Ay gecikən məhəbbətim” mahnısı
  3. Oqtay Kazıminin “Gecikmiş məhəbbət” mahnısı (C. Novruzun sözlərinə)
  4. Eldar Mansurovun “Gecikmiş məhəbbət” mahnısı
  5. Səyavuş Kəriminin “Gecikmiş məhəbbət” mahnısı
  6. Azərbaycan melodiyalari – A hərfi
  7. Azərbaycan melodiyalari – G hərfi

***
İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim!..
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim!..

Mən bir yanda sənə möhtac,
Sən bir yanda gəzdin əlac.
İki qəlbdə bir ehtiyac,
Övladıyıq bir həsrətin,
Ay gecikən məhəbbətim!..

Harda idin, söylə, harda?!
Gözüm qalıb yollarında…
Bir yarpağam son baharda,
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!

Ürəyimdə adın gəzər,
Gizli ağrım, odun gəzər,
Bir İlahi qadın gəzər
Son ümidim, son niyyətim…
Ay gecikən məhəbbətim!..

***
Əli Mirəliyevin ifasında