Göygöl (T. Hacıyev)

Musiqi / Music : Telman Hacıyev(1930-1991) 
Sözləri / Lyrics : Rəfiq Zəka (1939-1999)

Ayrıca bax / See also : 

  1. Fikrət Əmirovun “Göygöl” mahnısı
  2. Nəriman Məmmədovun “Göygöl” mahnısı
  3. Ramiz Mirişlinin “Göygöl, 1” mahnısı
  4. Ramiz Mirişlinin “Göygöl, 2” mahnısı
  5. Ələkbər Tağıyevin “Göygöl” mahnısı
  6. Tofiq Bakıxanovun “Azərbaycan gölləri” mahnısı
  7. Azərbaycan melodiyalari – G hərfi

***
Göylərin çələngi, qəşəngi, işvəli Göygöl,
Qəlblərin ən inci sevinci, nəşəli Göygöl,
Hər il övladların olur qonağın,
Cənnət qucağıdır sənin qucağın.

Nəqərat:
Yaşadır səni bu elim mənim,
Göy gölüm, Göygölüm mənim.

Dağların çiçəkli, ipəkli, tüllərin incə,
Otların ətirli, sehirli, güllərin incə,
Kəpəz ömrün boyu ömür yoldaşın,
Gəncə əzəl gündən könül sirdaşın.

Sevdalı bir bahar yaşadar səni hər zaman,
Seyrinə dalanlar olarlar hüsnünə heyran.
Adın nəğmə kimi gəzir elləri,
Dillər əzbərisən, dillər əzbəri.

***
Elmira Rəhimovanın ifasında