Azərbaycan gölləri

Musiqisi / Music : Tofiq Bakıxanov (1930)
Sözləri / Lyrics : Tofiq Mütəllibov (1929-1992)

Bu mahnını Mobil Əhmədov, Nəzakət Məmmədova ifa edib.

Ayrıca bax / See also :

  1. Fikrət Əmirovun “Göygöl” mahnısı
  2. Ramiz Mirişlinin “Göygöl, 1” mahnısı
  3. Ramiz Mirişlinin “Göygöl, 2” mahnısı
  4. Telman Hacıyevin “Göygöl” mahnısı
  5. Ələkbər Tağıyevin “Göygöl” mahnısı
  6. Azərbaycan melodiyalari – A hərfi

***
Üzərində qızıl tülü,
Sinəsində Mavi gölü, hey!
Maralıdır Maral gölü, a balam (ay aman),
Azərbaycan göllərinin.

Sındırmayın – aynası var,
Yaşılbaşlı sonası var.
Göygöl kimi anası var
Azərbaycan göllərinin.

Sularına baxınız bir,
Tovuzquşu lələyidir, hey!
Qızıl Günəş ürəyidir
Azərbaycan göllərinin.

Mehman gölü mehman qalar,
Ağ gölü ağ örpək salar.
Suları min rəngə çalar
Azərbaycan göllərinin.

***
Nəzakət Məmmədovanın ifasında