Ağacda leylək

Azərbaycan xalq mahnısı “Ağacda leylək” / Azerbaijani folk song “Storck on the tree”
Düzənlənmə: Tofiq Quliyev (1917-2000)

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  2. Azərbaycan xalq mahnısı “Ağacdan alma” 
  3. Azərbaycan melodiyalari – A hərfi

***
Ağacda leylək yuva bağlar gedər,
Qız sevən oğlan hara bağlar gedər?
Ağacda alma yanağı qırmızı,
Dər səbətə, yığ onu, bağban qızı.

Nəqərat:
Ağacda alma, dadı baldan şəkər,
Qız oğlan ilə onu xəlvət dərər.
Ağacda alma yetişib, dər, tez ol,
Dostlar üçün sən onu göndər, tez ol!

Mən sənin yarın olaram, ay gözəl,
Bağçada barın olaram, ay gözəl!
Gəl, gəl, a göyçək, yanağı lalə tək,
Gəl, qoşa gəzək, bu bağı seyr edək.

Gəl, maral baxışlı, adı gövhərim,
Hicrinə dözməz bu cavan ürəyim.
Gəl, maral baxışlı, adı gövhərim,
Hicrinə dözməz bu cavan ürəyim.

Yaşıl bağın gözəlidir ağ alma,
Almanı dərdin, daha bağda qalma.
Mən sənin yarın deyiləm, ay oğlan!
Bağçada barın deyiləm, ay oğlan.

***
Anatollu Qəniyevin ifasında

Rəşid Behbudovun ifasında