Ağacdan alma

Azərbaycan xalq mahnısı “Ağacdan alma”/ Azerbaijani folk song “Appel from the tree”

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  2. Azərbaycan xalq “Alma mahnısı (A teşti, teşti, teşti)”
  3. Azərbaycan xalq mahnısı “Almanı atdım xarala”
  4. Azərbaycan xalq mahnısı “Almanı alma, gəlin”
  5. Azərbaycan xalq mahnısı “Alma dərən / Almadərən”
  6. Azərbaycan xalq mahnısı “Alma almaya bənzər”
  7. Ramiz Mirişlinin “Alma almaya bənzər” mahnısı
  8. Azərbaycan melodiyaları – A hərfi

***
Ağacdan alma dərrəm, sataram,
Bir saçı burma hardan taparam?
Ağacdan püstə dərrəm, sataram,
Bir boyu bəstə hardan taparam?

Nəqərat:
Ay haray, yar əlindən!
O qara gözlərindən (tellərindən)!
Əgər izin versən, gülüm,
Öpərəm gözlərindən.

Bağlarda çiçək dərrəm, sataram,
Bir üzü göyçək hardan taparam?

Gəmi gələndə verir fitini,
Asimana gedər onun tütünü.
Mən neynirəm sənin kimi birisini?
Ay ölləm, ölləm belə, yar,
Belə-belə, yar, yar!
Bu gecə gəlləm sizə, yar,
Sizə belə, yar, yar!

***
Brilliant Dadaşovanın ifasında