Alma dərən

Azərbaycan xalq mahnısı “Alma dərən” / Azerbaijani folk (traditional) song “Apple collector”

Ayrıca bax / See also : 

  1. Azərbaycan xalq mahnısı “Ağacdan alma”
  2. Azərbaycan xalq mahnısı “Alma almaya bənzər”
  3. Ramiz Mirişlinin “Alma almaya bənzər”
  4. Azərbaycan xalq mahnısı “Almanı atdım xarala”
  5. Azərbaycan xalq mahnısı “Almanı alma, gəlin”
  6. Azərbaycan xalq “Alma mahnısı”
  7. Azərbaycan xalq mahnısı “Qubanın ağ alması”
  8. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  9. Azərbaycan melodiyalari – A hərfi

***
Ağacda alma beş olar,
Yerə düşər, on beş olar,
Oğlan sevər, qız xoş olar.
Qoy, mən olum alma dərən!

Ağacda alma kal olar,
Yerə düşər, xal-xal olar,
Oğlan gülər, qız lal olar.
Qoy, mən olum alma dərən!

Almanı qızlar dərərlər,
Dərə, dərə xoş gülərlər.
Onu mənə, kaş, verərlər.
Qoy, mən olum alma dərən!

Ağacda alma atılar,
Atıb aşağı yatdılar,
Əhdi-peymana çatdılar.
Qoy, mən olum alma dərən!

***
İslam Rzayevin ifasında