Alma mahnısı (xalq)

Azərbaycan xalq “Alma mahnısı” / Azerbaijani folk song “Song about apple”

Ayrıca bax / See also :

  1. Ramiz Mirişlinin “Alma almaya bənzər” mahnısı
  2. Azərbaycan xalq mahnısı “Alma almaya bənzər”
  3. Azərbaycan xalq mahnısı “Almanı atdım xarala”
  4. Azərbaycan xalq mahnısı “Almanı alma, gəlin”
  5. Azərbaycan xalq mahnısı “Alma dərən / Almadərən”
  6. Azərbaycan xalq mahnısı “Ağacdan alma”
  7. Azərbaycan xalq mahnısı “Qubanın ağ alması”
  8. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  9. Azərbaycan melodiyalari – A hərfi

***
A teşti, teşti, teşti,
Atım Qubadan keçdi.
Qubada min bir bağ var,
Hamısı alma bağı.
Hər bağın min ağacı,
Hər ağacda min budaq,
Hər budaqda min saplaq.
Min gözəl bu almanı
Yetişdirir həvəslə,
Hamı deyir bir səslə:

Nəqərat:
Qubanın ağ alması,
Şirindir ağ alması,
Yaxşı olar, yar könlünü
Yar yıxıb, yar alması.

Qoy, yarım gəlsin, gəlsin,
Almanı dərsin, dərsin,
İpəkli yaylıqlarda
Yara sovqat göndərsin,
Dostuna pay göndərsin!

Alma var pürrəngi,
Gəlinlər tək bəzəkli.
Ağacdan üzüləndə,
Cərgəylə düzüləndə
Baxırsan – doymaq olmur,
Ətrindən durmaq olmur!

Payızda, qışda, yazda,
Şaxtada, qarda, ayazda
Alma gəzər hər yanı,
Gəzər bütün dünyanı.
Süfrəni, vazı gəzər,
Sonra da əl-əl gəzər,
Aşıqlar da söz düzər.